Göygöldə xatirə turniri keçiriləcək


Gənclər və İdman Nazirliyi və Azərbaycan Aşihara Karate Federasiyasının birgə təşkilatçılığı ilə aşihara karate üzrə turnir keçiriləcək. Yeniyetmələr və gənclər arasında Göygöldə təşkil ediləcək turnir Qarabağ şəhidlərinin xatirəsinə həsr olunacaq. Turnirin açılış mərasimi oktyabrın 26-da təşkil ediləcək. Açılış mərasimində Azərbaycan idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Beynəlxalq Karate Federasiyasının prezidenti David Jonkers və Türkiyə Aşihara Karate Federasiyasının prezidenti Uğur Baran da iştirak edəcəklər. Yarışın baş hakimi D.Jonkers olacaq. Turniri təşkil etməkdə məqsəd yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini təmin etmək, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, yarış təcrübəsini daha da zənginləşdirmək, aşihara karateni ölkəmizdə kütləviləşdirməkdir.



Bu yazı

3625 dəfə oxunub

Tarix

2019-10-18 13:05:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev