Qılıncoynadanımız qızıl medal qazanıb


Azərbaycanın qadın qılıncoynadanı Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən "Satellite” seriyalı turnirin qalibi olub.
Qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran Anna Başta, 1/16 finalda tunisli Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Qılıncoynadanımız səkkizdəbir finalda özbəkistanlı Paolo Pliegoya da eyni hesabla (15:11) qalib gəlib. İdmançımız dörddəbir finalda, qrup mərhələsini 3 qələbə ilə başa vuraraq, 1/16 finalda Sevinc İsmayılovanı (Özbəkistan) 15:12, səkkizdbirdə finalda isə Alexandra Romero Benitezi (Venesuela) 15:11 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb. Anna Başta bu qarşılaşmadan da qalib ayrılıb. (15:12) Yarımfinalda Türkiyə idmançısı Nisanur Erbil üzərində 15:5 hesablı qələbə qazanan təmsilçimiz, turnirin finalına yüksəlib. Həlledici görüşdə Kanada sablyaçısı Qabriella Peycə 15:9 hesabı ilə qalib gələn Anna Başta, turnirin qızıl medalını qazanıb.
Qeyd edək ki, digər sablyaçılarımızdan qrup mərhələsini 5 qələbə ilə başa vuran Sevil Bünyatova onaltıdabir finalda türkiyəli rəqibi Busra Nura 15:7 hesabı ilə qalib gəlib. Lakin idmançımız səkkizdəbir finalda özbəkistanlı Yana Obvintsevaya məğlub olub. (9:15)
Qrupu 3 qələbə ilə bitirən Valeriya Bolşakova isə 1/16 finalda sinqapurlu Colie Li Kar Yini 15:8 hesabı ilə məğlub etsə də,1/8 finalda Türkiyə təmsilçisi İrina Şçukla, ondan üstün olub - 10:15.
Qrupda keçirdiyi görüşlərdə yalnız 1 qələbəsi olan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb


Bu yazı

3423 dəfə oxunub

Tarix

2019-10-21 11:28:27

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev