30 futbolçu arasında ötənilki qalibin adı yoxdur


Oktyabrın 22-də FIFA və "France Football” jurnalı ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb. Namizədlər siyahısında aşağıdakı 30 futbolçunun adı yer alıb:
Sadio Mane ("Liverpul", Seneqal), Serxio Aquero ("Mançester Siti", Argentina), Frenk de Yonq ("Ayaks"/"Barselona", Niderland), Uqo Loris ("Tottenhem", Fransa), Duşan Tadiç ("Ayaks", Serbiya), Kilian Mbappe ("Pari Sen-Jermen", Fransa), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Donni van de Bek ("Ayaks", Niderland), Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon), Mark-Andre ter Şteqen ("Barselona", Almaniya), Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya), Alison Beker ("Liverpul", Braziliya), Mateys de Liqt ("Ayaks"/"Yuventus", Niderland), Kərim Benzema ("Real", Fransa), Jorjino Veynaldum ("Liverpul", Niderland), Virdjil van Deyk ("Liverpul", Niderland), Bernardu Silva ("Mançester Siti", Portuqaliya), Son Hın Min ("Tottenhem", Cənubi Koreya), Roberto Firmino ("Liverpul", Braziliya), Robert Levandovski ("Bavariya", Polşa), Lionel Messi ("Barselona", Argentina), Riyad Marez ("Mançester Siti", Əlcəzair), Kevin de Brüyne ("Mançester Siti", Belçika), Kalidu Kulibali ("Napoli", Seneqal), Antuan Qrizmann ("Atletiko"/"Barselona", Fransa), Məhəmməd Salah ("Liverpul", Misir), Eden Hazard ("Çelsi"/"Real", Belçika), Markinos (PSJ, Braziliya), Joau Feliş ("Benfika"/"Atletiko", Portuqaliya), Rahim Sterlinq ("Mançester Siti", İngiltərə).
"France Football"un versiyasına görə, dünyanın ən yaxşı futbolçusu adı dekabrın 2-də Parisdəki "Şatle” teatrında elan ediləcək. Mükafatların təqdimatı təntənəli mərasimlərin aparıcılarından biri "Çelsi"nin keçmiş hücumçusu Didye Droqba olacaq.
Xatırladaq ki, keçən il "Qızıl top"u "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.



Bu yazı

2909 dəfə oxunub

Tarix

2019-10-22 11:25:10

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev