“Zenit” İdman Cəmiyyətinin pəhləvanlarında dünya çempionatında 2 medal


Azərbaycanın sərbəst güləşçisi Əfqan Xaşalov Budapeştdə keçirilən 23 yaşadək idmançılar arasında dünya çempionatında bürünc medal qazanıb. Mundialda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi ilk görüşündə kubalı idmançıya məğlub olub. Lakin rəqibinin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı verib. Çinli həmkarına heç bir şans verməyən Ə.Xaşalov üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya güləşçisi ilə gərgin keçən görüşdə əzmkarlıq nümayiş etdirən idmançımız son saniyələrdə qazandığı xallarla dünya çempionatında bürünc medala sahib olub.
"Zenit” İC-in digər yetirməsi Turan Bayramov isə dünya çempionatında qızıl medal qazanıb. Yarışda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz səkkizdəbir finalda kanadalı rəqibini məğlub edib. Həmyerlimiz növbəti görüşdə moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Bu mərhələdə Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 hesabı ilə geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olub. Rəqibini məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.


Bu yazı

1118 dəfə oxunub

Tarix

2019-10-30 19:44:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev