Gimnastlarımızdan qitə çempionatında növbəti medal


İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında yığma komandamız növbəti medalını qazanıb.
Çempionatın ikinci günündə növbəti medal xəbəri qarışıq cütlük tərkibində böyüklər yaş qrupunda çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan gəlib. Balans hərəkətləri üzrə final çıxışlarına görə 28,130 xal alan gimnastlar bürünc medala layiq görülüblər.
Böyüklər arasında çıxış edən Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü isə temp hərəkətlərinin finalında altıncı yerdə qərarlaşıblar.
Çempionatın ilk günündə gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar.



Bu yazı

2762 dəfə oxunub

Tarix

2019-11-01 16:00:12

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev