Karateçilərimiz beynəlxalq turniri 10 medalla başa vurdular


İranın Gülüstan şəhərində keçirilən "Golestan Cup” beynəlxalq turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər. "Qaraqaplan” klubunun məşqçisi Orxan Şabanovun rəhbərliyi altında mübarizə aparan komandamız 10 medal qazanıb. Belə ki, müxtəlif yaş qruplarında Tural Ələkbərli (67 kq) və Ümid Əsgərov (30 kq) qızıl, Nicat Kərimli (57 kq), Nihat Kərimzadə (55 kq), İsfəndiyar Novruzov (30 kq), Yavərbəy Abdullayev (+70 kq) gümüş, Vahid Həsənov (35 kq), İkram Babayev (55 kq), Mircəlal Ələsgərov (60 kq) və Aydın Fərzəli (52 kq) bürünc medal qazanıblar.
Yarışda 6 ölkədən idmançılar mübarizə aparıblar.



Bu yazı

1128 dəfə oxunub

Tarix

2019-11-06 12:04:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev