ÇL-də həyəcan davam edir


Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında həyəcan davam edir. Turun ikinci oyun günündə daha 4 qrup üzrə 8 matç oynanılacaq. Turnirin bu gün keçiriləcək görüşlərində də azarkeşlər biri-birindən maraqlı matçlar izləyəcəklər. Gecənin maraqla gözlənilən oyunlarından biri Madriddə təşkil olunacaq. Turnirin 13 qat qalibi olan "Kral Klubu” 2 həftə əvvəl məğlub etdiyi "Qalatasaray”ı sınağa çəkəcək. Turun digər maraqlı oyunu isə Moskvada təşkil olunacaq. Burada "Lokomotiv” komandası İtaliya nəhəngi Yuventusu qıəbul edəcək. Ötən tur "qoca sinyoraya” son dəqiqələrdə məğlub olan "dəmiryolçular”, bu dəfə doğma azarkeş amilindən maksimum səviyyədə yararlanmağa çalışacaqlar.

Turun digər oyunlarında bu komandalar üz-üzə gələcəklər:

A qrupu.

PSJ – "Club Brügge”

"Real Madrid” – "Galatasaray”

B qrupu.

"Bayern Münhen” – "Olimpiakos”

"Srvena Zvezda” – "Tottenhem”

C qrupu

"Atalanta” – "Mançester Siti”

"Dinamo Zaqreb” – "Şaxtyor”

D qrupu

"Lokomotiv Moskva” – "Yuventus”

"Bayer Leverkuzen” – "Atletiko Madrid”


Bu yazı

1794 dəfə oxunub

Tarix

2019-11-06 16:55:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev