XXIX Spartakiadasına yekun vurulub



Bu yaxınlarda Sabirabad Olimpiya Kompleksində keçirilən Milli Xalq İdman Oyunlarının XXIX Spartakiadasına yekun vurulub.
Spartakiada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kənd Təsərrüfatı Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi və "Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasının birgə qərarı ilə keçirilib. Yarışlar 9 idman növü üzrə (milli güləş, nərd, dirədöymə, çalağançardağı, kəndirdartma, gücsınama (kişi), gücsınama (qadınlar), xıy-xıy, daşqaldırma) təşkil olunub. Yarışda 17 rayonu təmsil edən 310 zəhmətkeş iştirak edib. Spartakiadanın yekunlarına əsasən, Sabirabad komandası birinci yeri tutub. Cəlilabad ikinci, Qubadlı isə üçüncü yerə sahib çıxıb.


"Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ
İdman Cəmiyyəti Respublika Şurası



Bu yazı

2873 dəfə oxunub

Tarix

2019-11-07 17:24:16

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev