Moldova Paralimpiya Komitəsinin prezidenti paytaxtımızda səfərdədir


Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib.
Məşhur idmançı Heydər Əliyev Fondu və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.
Təqdimatda O.Kretsulun da çıxışı olacaq.
O.Kretsul gəncliyində beynəlxalq və ümumittifaq cüdo və sambo turnirlərinin dəfələrlə qalibi olmuşdur. On altı yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanmış, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirmişdir. 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.
1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edir, özü isə aldığı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir. Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.
Paralimpiya hərəkatına qoşulduqdan sonra O.Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, Pekin-2008 Yay Paralimpiya Oyunlarının qalibidir, dördqat dünya və üçqat Avropa çempionudur, Əməkdar idman ustasıdır.


Bu yazı

2581 dəfə oxunub

Tarix

2019-11-12 12:06:31

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev