Paytaxtımız dünya çempionatına ev sahibliyi etdi



Sərhədçi Olimpiya İdman Kompleksində qrapplinq güləş idman növü üzrə dünya çempionatına yekun vurulub. Iki gün keçirilən yarışın birinci günündə idmançılar "Qrapplinq" növü üzrə mübarizə aparıblar. Birinci günün yekununda Azərbaycan idmançıları medal sayına görə dördüncü pillədə qərarlaşıblar. Rusiya idmançıları bütün komandaları qabaqlayaraq lider olublar. Qazaxıstan və Ukrayna milliləri isə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.
Çempionatın ikinci günündə isə idmançılar "Qrapplinq gi" növü üzrə öz qüvvələrini sınayıblar. İkinci gündə isə milli komandamız medal sayına görə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. İkinci yarış günündə də Rusiya komandası birinci, Qazaxıstan komandası isə üçüncü olub.
Qeyd edək ki, qrapplinq güləş idman növü üzrə dünya çempionatında 19 ölkədən 565 idmançı iştirak edib.



Bu yazı

2850 dəfə oxunub

Tarix

2019-11-11 12:25:48

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev