Sumoçumuz Avropa kubokunda qızıl medal qazandı


Azərbaycan idmançısı Camal Feyziyev Rusiyanın Dzerjinsk şəhərində sumo üzrə Avropa kuboku turnirində qızıl medal qazanıb.
115 kilodan yuxarı çəki dərəcəsində mübarizə aparan sumoçumuz birinci və ikinci görüşdə rusiyalı idmançıları məğlub edərək finala vəsiqə qazanıb. C.Feyziyev final mərhələsində Ukrayna təmsilçisini üstələyərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.
Qeyd edək ki, sumoçumuz turnirdə Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.


Bu yazı

3344 dəfə oxunub

Tarix

2019-11-11 15:38:22

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev