Cüdoçularımız Afrika açıq kubokunda 5 medalla qayıdırlar


Kamerunda cüdo üzrə Afrika açıq kuboku yarışı təşkil edilib.
Gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.
Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Digər cüdoçumuz, 52 kiloqram çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq ikinci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxtsedev (57 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Afrika açıq kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.


Bu yazı

2147 dəfə oxunub

Tarix

2019-11-10 10:34:29

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev