Voleybol üzrə Bakı birinciliyi keçirilir


Azərbaycan Voleybol Federasiyasının idman zalında 2006-2007-ci il təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə keçirdiyi yarışda 6 komanda - UGİM, "Xətai”, "Azərreyl 1”, "Azərreyl 2”, "Abşeron”, "Azəri” iştirak edir.
Dairəvi sistem üzrə keçirilən yarışın birinci günündə "Azərreyl 1” komandası "Azərreyl 2”ni, "Azəri” isə "Xətai”ni 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, sonda ən çox xal qazanan komanda Bakı birincisi olacaq.


Bu yazı

2768 dəfə oxunub

Tarix

2019-11-15 11:10:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev