AVRO-2020: Qırmızı furya və appeninlilərdən böyükhesablı qələbə



Ötən gün AVRO-2020-nin seçmə mərhələsində 10-cu turun oyunları keçirilib. Tur bol qollu matçlarla yadda qalıb.
D qrupunda Cəbəllütariq İsveçrəni qəbul edib. İsveçrəlilər özlərini heç də qonaq kimi aparmayıblar. 7 qolun vurulduğu matçda isveçrəlilər qələbə qazanıblar -1:6. Qrupun digər matçında İrlandiya Danimarka ilə heç-heçə edib -1:1.
F qrupu da maraqlı oyunlarla yadda qalıb. Norveçi qəbul edən Malta rəqibinə qol vursa da qalib gələ bilməyib -1:2. İspaniya isə Ruminiyanı top atəşinə tutub. "Qırmızı Furya” doğma azarkeşlər önündə 5:0 hesablı qələbə qazanıb. Qrupun digər matçında İsveç millisi Farer Adalarından üstün olub -3:0.
3 matçın keçirildiyi J qrupunda qapılara ümumilikdə 16 qol vurulub. Yunanıstan doğma azarkeşlər önündə Finlandiya millisini məğlub edib -2:1. İtaliya isə Ermənistanı qəbul edib. Appeninlilər rəqiblərinə 9:1 hesabı ilə məğlub edərək xallarının sayını 30-a çatdırıb. İtalyanlar bununla da 10 turdan sonra qrupda maksimum nəticə göstərən yeganə komanda olub. Cırtdan ölkə Lixtenşteyn isə öz meydanında Bosniya və Hersoqaviniya ilə bacarmayb 0-3.


Bu yazı

2202 dəfə oxunub

Tarix

2019-11-19 10:13:14

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev