MPK-nın prezidenti İlqar Rəhimov paralimpiyaçılarla görüşüb



İlqar Rəhimov "Dubay 2019” paraatletika üzrə dünya çempionatında yarışan paralimpiyaçıları qəbul edib.
Görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, paraatletika üzrə milli komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oluxan Musayev və komandanın digər üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə MPK-nın prezidenti İlqar Rəhimov çempionatın uğurlu keçdiyini qeyd edərək, Tokio-2020 Yay Paralimpiya Oyunlarına 3 lisenziya qazanıldığını vurğulayıb. O, qeyd edib ki, paraatletika komandası daha çox çalışmalı və növbəti yarışlarda uğurlu nəticələrə nail olmalıdır. "Qarşıdakı əsas hədəfimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarıdır. Bu mötəbər yarışlara cəmi 10 ay qalıb. Bu müddət ərzində bütün qüvvənizlə məşq edərək, ümidləri doğrultmalısınız”, - deyə İlqar Rəhimov bildirib.
Komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Ponyutin isə çıxışında yarışların gərgin mübarizə şəraitind


Bu yazı

1837 dəfə oxunub

Tarix

2019-11-19 11:30:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev