Cüdo və sərbəst güləş üzrə Sumqayıt çempionatları yekunlaşıb

 
Mehdi Hüseynzadə adına şəhər stadionu və "Alüminiumçu” İdman Evində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə cüdo və sərbəst güləş üzrə çempionatlar keçirilib.
Cüdo üzrə keçirilən yarışda oğlanlar arasında Murad Əliyev (60 kq), Kamran Süleymanov (66 kq), Rəşad Cəfərzadə (73 kq), Əli Poladov (81 kq), Ruslan Səfixanov (90 kq), Qurban Məmmədli (100 kq) və Çingiz Ramazanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.
Qızların mübarizəsində isə Gülşən Kərimova (48 kq), Əfsanə Danova (52 kq), Xədicə Rəşidova (63 kq) və Mehriban İmanzadə birinci yeri tutublar.
Sərbəst güləş üzrə yarışda Seymur Yunusov (57 kq), Kənan Ağamalıyev (61 kq), Cavidan Əhmədov (65 kq), Elvin Həsənov (70 kq), Nadir Hacıyev (74 kq), Cavid İsayev (79 kq), Cəlal Nağıyev (86 kq), Fuad Şahverənov (92 kq), Murad Hüseynov (97 kq) və Elşən Aslanov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Yarışların qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.





Bu yazı

2026 dəfə oxunub

Tarix

2019-11-19 12:41:43

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev