Spartakiadanın nərd və dama yarışları yekunlaşdı


"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının "Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş XXI Respublika Spartakiadası davam edir.
Artıq spartakiada çərçivəsində keçirilən nərd və dama yarışlarına yekun vurulub.
Maraqlı mübarizə şəraitində keçən nərd yarışlarında birinci yerə Aviasiya İşçiləri Hİ RK-nın komandası layiq görülüb. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK-ın komandası ikinci yeri tutub. Müdafiə Sənayesi İşçiləri Hİ RK-nın komandası isə üçüncü olub.
Dama yarışlarında isə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ RK-ın komandası sahib çıxıb. Metropoliten İşçiləri Hİ ikinci, Aviasiya İşçiləri Hİ RK-nın komandası isə üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışların proqramına 10 idman növü (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat, güllə atıcılığı) daxildir.
Məlumat üçün bildirək ki, spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçularının asudə vaxtını səmərəli keçirməkdən ibarətdir.
XXI Respublika Spartkiadasına noyabrın 22-də yekun vurulacaq.


Bu yazı

1508 dəfə oxunub

Tarix

2019-11-18 11:48:55

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev