Sumqayıtda “Gələcəyin Olimpiyaçıları” məlum olub



Sentyabrın 1-də Sumqayıt Paralimpiya İdman Kompleksində "Gələcəyin Olimpiyaçıları” devizi altında üzgüçülük idman növü üzrə müxtəlif yaş qruplarından olan oğlan və qızları arasında yay yarışı keçirilib. Paralimpiya İdman Kompleksi və Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil edilmiş yarışda 50 dən artıq idmançı qalib adı uğrunda mübarizə aparıb. Tədbirin açılış mərasimində Paralimpiya İdman Kompleksinin direktoru Afiq Süleymanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğısından, idmanın və bədən tərbiyəsinin dövlət siyasətinin prioritet qollarından birinə çevrilməsindən, müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya Hərəkatına qoşulmasından danışıb. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda qızlar arasında Aytac Həşimzadə, Leyla Abduləzizova, Günel Əsgərova, Nərgiz Məmmədova, Mirağa Ağayev, Ayxan Sədiyev, Həsən Məmmədzadə, Nihad Rəcəbli, Fuad Rəcəbli, Zakir Xəlilzadə, Rüfət Laçınov, İbrahim Əfəndiyev və Mehman Xanlarlı oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışda müvafiq yerləri tutan idmançılar Paralimpiya İdman Kompleksi və şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.

Mail Hümbətov
Sumqayıt Şəhər Gənclər və İdman 
Baş İdarəsinin baş məsləhətçisi


Bu yazı

11971 dəfə oxunub

Tarix

2013-09-06 15:56:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev