Komandamız Salonikidən 1 qızıl və 1 bürünc medalla qayıdır
Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələr və gənclər arasında sambo üzrə dünya çempionatı başa çatıb. Yarışın son günündə komandamız daha bir medal qazanıb. 56 kq çəki dərəcəsində yarışan Fuad Məmmədov (56 kq) həlledici mərhələdə Rusiya təmsilçisi Vladimir Alekseyevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da komandamız Salonikidə iki medal qazanıb.
Xatırladaq ki, bundan əvvəl gənclər arasında keçirilən yarışda Pərviz Şükürov (68 kq) bürünc medal qazanmışdı.
Bu yazı
24125 dəfə oxunub
Tarix
2013-10-18 11:20:06