Sambo üzrə Bakı şəhər açıq çempionatına yekun vurulub




Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq təşkil olunan yarışda 9 çəki dərəcəsi üzrə 110-dan çox idmançı qıvəsini sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ceyhun Vəliyev (52 kq, "Neftçi” İSM), Fuad Məmmədov (57 kq, 11 saylı UGİM), Heydər Həsənov (62 kq, "Neftçi” İSM), Rafiq Ramazanov (68 kq, "Yasamal” İK), Tural Kərimli (74 kq, 11 saylı UGİM), Taryel Bağırlı (82 kq, 6 saylı UGİM), Ceyhun Nəcəfov (90 kq, "Şabran” İK), Ehtiram Teymurov (100 kq, "Neftçi” İSM) və Vüqar Əzizov (+100 kq, "Pəhləvan” İK) birinci yerə layiq görülüblər. İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.



Bu yazı

13940 dəfə oxunub

Tarix

2013-11-28 22:21:19

Yazını

Çap et

Yazını

Paylaş