“Baku Fires” - “Astana Arlans”: heyətlər məlumdur


Yanvarın 18-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçında Azərbaycanın "Baku Fires”klubu Qazaxıstanın "Astana Arlans” komandasını qəbul edəcək. "Astana Arlans” liqanın son qalibi olduğundan görüşün gərgin keçəcəyi gözlənilir. Qazaxıstan təmsilçisi ötən tur səfərdə "Hussars Poland” üzərində 4:1 hesabı ilə qələbə qazanıb.




Komandaların heyətləri:

"Baku Fires” - "Astana Arlans”

52 kq. Elvin Məmişzadə - İlyas Süleymanov
60 kq. Albert Səlimov - Samat Başenov
69 kq. Yevgeni Romaşkeviç - Meirim Nursultanov
81 kq. Ramazan Məhəmmədov - Ehsan Rouzbahani
+91 kq. Hacı Murtuzəliyev - Ruslan Mırsatayev

Nuripaşa Talibov 52 kq çəki dərəcəsində Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadəyə güvənib. Onun rəqibi Asiya oyunlarının finalçısı, London Olimpiadasının iştirakçısı İlyas Süleymanov olacaq.
Dünya və Avropa çempionu Albert Səlimov isə WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenovla üz-üzə gələcək. Liqada 9 döyüş keçirən qazaxıstanlı dəri əlcək ustası bunların 7-də qalib gəlib.
Super-ağır çəki dərəcəsində yarışan Ruslan Mırsatayevin də böyük təcrübəsi var. O, liqada 17 görüş keçirib və bunların 13-nü qələbə ilə başa vurub. Mırsatayev Pekin Olimpiadasının 1/4 finalçısı olub. Qeyd edək ki, 2010/2011-ci illər mövsümündə Məhəmmədrəsul Məcidov Mırsatayevi məğlub etmişdi.
"Astana Arlans” klubu Qubaya iranlı legioner də gətirəcək. London Olimpiadasının 1/4 finalçısı Ehsan Rouzbahani rinqdə Ramazan Məhəmmədovla gücünü sınayacaq.


5-ci turda B qrupunda keçirlmiş görüşlərin nəticələri:

"Baku Fires” - "Cuba Domaderos” 2:3
Rusiya - "Mexico Guerreros” 5:0
Hussars Poland” - "Astana Arlans” 1:4

Bu həftə "B” qrupunda daha 2 görüş olacaq. "Poland Hussars” "Rusiya”nı qəbul edəcək. Cuba Domadores” isə doğma rinqdə "Mexico Guerreros”la qarşılaşacaq.


Bu yazı

17256 dəfə oxunub

Tarix

2014-01-14 11:58:57

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev