Sambo üzrə şəhər birinciliyi keçirilib


Sambo üzrə yeniyetmələr və gənclər arasında keçirilən şəhər birinciliyinə yekun vurulub. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir "Alüminumçu” İdman Evində keçirilib. Çıxış edənlər 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş kütləzi terror hadisəsindən bəhs edib, yüzlərlə günahsız insanın qətlə yetirilməsi barədə məlumat veriblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, iki gün davam edən yarışda gənclər arasında Elmir Həsənov (48 kq), Ceyhun Sadıqzadə (52 kq), Namiq Abbasov (56 kq), Fuad Ağazadə (60 kq), Əli Əlizadə (65 kq), Elmir Eminov (70 kq), Ceyhun Məmmədzadə (75 kq), Fərid Vəliyev (81 kq), Nicat Aslanov (87 kq) və Ağabəy Təmrazov (+87 kq) yeniyetmələr arasında, Əliş Yusifov (48 kq), Vüqar Şirinov (57 kq), Mehman Xəlilov (62 kq), Elman Şərifov (68 kq), Murad Muradov (74 kq), Röyal Məmmədov (82 kq) və Eyvaz Nəsibli (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Turnirin qalibləri və mükafatçıları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif ediliblər.


Bu yazı

13823 dəfə oxunub

Tarix

2014-01-24 15:33:42

Yazını

Çap et

Yazını

Paylaş