Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə çempionat keçirilib




Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə çempionat keçirilib.
Beş gün davam edən qarşılaşmanın final mərhələsi nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutub.
Çempionatda nazirliyin 24 strukturunun 100-ə yaxın nümayəndəsi iştirak edib. Yarışları beynəlxalq dərəcəli baş hakim Bəxtiyar Rüstəmov, beynəlxalq dərəcəli baş katib Vitali Sopranov, respublika dərəcəli hakim Azər Abdullayev və I dərəcəli hakim Anar Ələkbərov izləyiblər.
Tədbirdə fəxri qonaqlar qismində Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və başqaları iştirak ediblər.
İdmançılardan Ramiz İsgəndərov (FHN-nin Akademiyası) 1-ci yerə, Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) 2-ci, Dəyanət Məmmədov isə (Şimal Qərb Regional Mərkəzi) 3-cü yerə çıxıblar. Qaliblərə diplom, medal və qiymətli hədiyyələr verilib. Komanda hesabında 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti, 2-ci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 3-cü yerə isə FHN-nin Akademiyası layiq görülüblər.
Qasım Həşimov oğlunun xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə minnətdarlığını bildirib və bu cür yarışların davamlı olmasını arzulayıb.




Bu yazı

9390 dəfə oxunub

Tarix

2014-01-27 11:22:18

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev