Boks üzrə ölkə çempionatına yekun vurulub



"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. Final döyüşlərindən yalnız biri baş tutmayıb. 81 kq çəki dərəcəsində Vətən Hüseynli zədələndiyindən Rauf Rəhimovla döyüşə çıxmayıb. Digər çəki dərəcələrində elə bir gözlənilməz nəticə qeydə alınmayıb. Kuba əsilli Lorenzo Sotomayor ilk dəfə Azərbaycan çempionatında 1-ci yerə layiq görülüb. "Baku Fires” klubunun üzvü Xaybula Musalov da ilk dəfə çıxış etdiyi ölkə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ümumkomanda hesabında "Gilan” 1-ci, "Neftçi” İSM 2-ci, "Baku Fires” isə 3-cü yeri tutub.

Final qarşılaşmalarının
yekun nəticələri:
49 kq: Salman Əlizadə ("Gilan” ) Araz İmaməliyev ("Gilan”) - 3:0
52 kq: Elvin Məmişzadə ("Gilan”) İbrahim İbrahimov ("Neftçi”) - 3:0
56 kq: Tural Əhmədov ("Gilan”) Rəhim Nəcəfov (FHN) - 3:0
60 kq: Elvin İsayev ("Gilan”) Nəsrəddin Məmmədov ("Neftçi”) - 3:0
64 kq: Lorenzo Sotomayor ("Qəbələ”) Ruslan Qasımov ("Neftçi”) - 3:0
69 kq: Pərviz Bağırov ("Neftçi”) Ramal Aslanov (Astara) - 3:0
75 kq: Xaybula Musalov ("Baku Fires”) Kamran Şahsuvarlı ("Qızıl əlcək”) - 3:0
81 kq: Vətən Hüseynli ("Rabitə”)- Rauf Rəhimov ("Neftçi”) - Rauf Rəhimov qalib elan olunub
91 kq: Abdulqadir Abdullayev ("Baku Fires”) - Rahil Məmmədli ("Qəbələ”) - nokautla Abdulqadir Abdullayev qalib gəlib
91+kq: Kamran Mehdiyev ("Rabitə”) Ağalar Sadıxzadə ("Sərhədçi”) - 3:0




Bu yazı

12497 dəfə oxunub

Tarix

2014-02-04 11:24:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev