Nokauta düşən boksçu dünyasını dəyişdi


Rinqdə daha bir boksçu ölümlə üzləşib. Meksikalı boksçu Oskar Qonsales fevralın 2-də öz həmyerlisi Xesus Qalisiya ilə döyüşdə huşunu iritib.
Döyüşün 10-cu raundunda yerə yıxılan Oskar Qonsales təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər ona "beyninə qan sızma” diaqonzu qoymuşdular. Hadisə baş verəndən 36 saat sonra, yəni fevralın 3-nə qədər xəstəxanada qalan boksçuda həyat əlaməti müşahidə olunmadığından həkimlər onu süni nəfəs aparatından ayırıblar.
Mərhum boksçunun meyidi Meksikanın Tepik şəhərinə aparılıb. 23 yaşında həyata "əlvida” deyən Qonsalesin ailəsinə Ümumdünya Boks Şurası (WBC) 50 min dollar təzminat verib.


Bu yazı

7424 dəfə oxunub

Tarix

2014-02-07 15:46:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev