Amerikalı İtaliyada


Amerika millisinin voleybolçusu Lauren Gibbemeyer "Lokomotiv”dən ayrılmasına aydınlıq gətirib. İtaliyanın "Konegliano” klubuna keçən blokçu bu ölkədə xoşbəxt olduğunu bildirib. "Mən yeni komandamın son oyunlarına baxdım. Onların çıxışı çox xoşuma gəldi. "Konegliano” düzgün oyun qurub, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayır. İndi mən yenidən dünyanın gözəl və ən çətin çempionatı olan İtaliya A seriyasında mübarizəni davam etdirəcəyəm. Bakıda keçirdiyim son günlərdə İtaliya, bu ölkənin mədəniyyəti, mətbəxi, gəzməli yerləri üçün çox darıxmışdım. Artıq geri qayıtmışam və bunun üçün çox xoşbəxtəm”.


Bu yazı

10095 dəfə oxunub

Tarix

2014-02-07 16:18:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev