Həmyerlimizin komandası qələbə qazandı


Qadın voleybolçular arasında Rusiya Superliqasının XIII turunun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” "Zariçye Odintsova”nı qəbul edib. Çempionlar Liqasının 1/3 finalında Türkiyə "Əczaçıbaşı”sına məğlub olaraq, mübarizəni dayandıran Omsk təmsilçisi əvəzini bu rəqibdən çıxıb. Belə ki, "Zariçye Odintsova” Məmmədovanın komandasından 3 setdə cəmi 44 xal ala bilib. "Omiçka” yalnız ilk hissədə müqavimətlə üzləşib - 3:0 (25:22, 25:10, 25:11). Voleybolçumuz isə görüşdə 14 xal toplayıb. Çempionlar Liqasının yarımfinalında "Rabitə”nin rəqibi olacaq Kazan "Dinamo”su isə doğma meydanda "Proton” u qəbul edib - 3:0 (25:23, 25:19, 25:20). Qeyd edək ki, XIII turdan sonra aktivində 35 xalı olan "Dinamo” yenə birinci, ondan 6 xal geri qalan "Omiçka” isə ikincidir.


Bu yazı

8419 dəfə oxunub

Tarix

2014-02-21 13:12:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev