Amerikalı voleybolçu icarəyə verildi


"Telekom” amerikalı legioneri Hayley Spelmanı icarəyə verib. Bakı təmsilçisi ilə 3 illik müqaviləsi olan 23 yaşlı hücumçu mövsümün sonuna kimi karyerasını İtaliyada davam etdirəcək. O, A seriyasında mübarizə aparan "Volley 2002 Forli”nin şərəfini qoruyacaq.
2 m boya malik voleybolçu İtaliya təmsilçisinə icarəyə verilməsində əsas məqsəd oyun təcrübəsini artırmaqdır. Qeyd edək ki, Spelman Bakı klubuna mövsümün əvvəlində transfer olunub.


Bu yazı

7447 dəfə oxunub

Tarix

2014-02-21 13:16:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev