Qəbələdə boks üzrə zona birinciliyi təşkil edilib



Qəbələ Olimpiya İdman Kompleksində yeniyetmələrin IX respublika oyunlarının proqramına daxil olan boks üzrə 2000-2001-ci il təvəllüdlü oğlanlar arasında zona yarışı keçirilib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda əsasə məqsəd respublikada boksun inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişməsində bədən tərbiyəsi və idmanın rolunun, idman ustalığının artırılması, yığma komandalara namizədlərin hazırlanmasıdır.
Yarışda rayonlarda fəaliyyət göstərən uşaq-gənclər idman mərkəzlərinin, cəmiyyət və klubların, Olimpiya İdman komplekslərinin boks komandaları iştirak ediblər. Zona birinciliyində respublikanın 23 şəhər və rayonundan 170-ə yaxın boksçu 16 çəki dərəcəsində mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən hər çəki dərəcəsində birinci və ikinci yeri tutan yeniyetmə boksçular Balakən rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.


Bu yazı

7642 dəfə oxunub

Tarix

2014-02-28 15:22:35

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev