İkiqat dünya çempionunu qaçırıblar


Peşəkar boksda WBA versiyası üzrə ikiqat dünya çempionu Antonio Kermeno qaçırılıb. Boksçu Venesuelanın paytaxtı Karakasda üç nəfərlə birlikdə oğurlanıb. A.Kermeno avtomobili ilə yanacaqdoldurma məntəqəsinə gəlib. Bu zaman naməlum adamlar tərəfindən Kermenoya və onun yanındakı dostlarına hücum edilib. Dostları yanacaqdoldurma məntəqəsinin işçilərinin köməkliyi ilə xilas edilsə də, naməlum şəxslər Kermenonu qaçıra biliblər. Polis 45 yaşlı Kermenonun cəsədini 2 gündən sonra Miranda əyalətindəki şoselərdən birində aşkar edildiyini açıqlayıb.
Kermeno 1990-cı illərdə iki dəfə boks üzrə dünya çempionu titulunu qazanıb.

Xatırladaq ki, bu ilin əvvəllərində isə gözəllik kraliçası, məşhur aktrisa Monika Spir Mutz və keçmiş əri paytaxt Karakasda maşınlarını soymaq istəyən şəxslər tərəfindən öldürülmüşdü. Onu da deyək ki, BMT Venesuelanı dünyada ən çox cinayət hallarının baş verdiyi 5-ci ölkə olduğunu bildirib.


Bu yazı

11551 dəfə oxunub

Tarix

2014-03-04 10:36:12

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev