Qadın boksçularımız Hamburqdan 8 medalla dönüblər




Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. Komandamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olub. Yana Alekseyeva və Anna Əlimərdanova bütün görüşlərdə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Leyla Həsənova, Alina Hacıyeva, Aynur Rzayeva və Anaxanım Ağayeva 2-ci yerə layiq görülüblər. Məryəm Cəbrayılova və Aliyə Vəlizadə isə 3-cü yerlə kifayətləniblər. Qeyd edək ki, bu yarış apreldə Bolqarıstanda keçiriləcək gənclər və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyırdı.





Bu yazı

8831 dəfə oxunub

Tarix

2014-03-14 10:48:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev