AMAF daha bir olimpiya növünü inkişaf etdirməyə başlayıb



Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) kanoe-slalom növünün də inkişafı istiqamətində əməli fəaliyyətə başlayıb. Federasiyadan olimpnews.az saytına daxil olan məlumata görə, bu məqsədlə tanınmış sloveniyalı slalomçu Yure Meqliçin ölkəmizi təmsil etməsinə dair razılıq əldə edilib. Meqliç məşqçi Fedya Maruşiçin rəhbərliyi altında çalışır. Azərbaycanda kanoe-slalom növü üzrə yarış və məşq şəraiti olmadığından, 30 yaşlı idmançı qarşıdakı yarışlara xarici ölkədə hazırlaşacaq.

Qeyd edək ki, Meqliç 18 avqust 1984-cü ildə anadan olub. O, Sloveniya yığmasının tərkibində Avropa çempionatlarında komanda kayak üzrə 3 dəfə (2006, 2007, 2011) qızıl, 1 dəfə (2010) bürünc, fərdi kayak üzrə 1 dəfə (2010) gümüş medala sahib olub. Təcrübəli idmançı 2010-cu il dünya çempionatında isə fərdi kayak üzrə bürünc medal qazanıb.
Xatırladaq ki, kanoe-slalom Olimpiya idman növüdür. Hazırda yay Olimpiya oyunlarında kişilər və qadınlar fərdi kayak (K-1), eləcə də fərdi kanoe (C-1) növlərində mübarizə aparırlar. Ölkəmizdə akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilir.






Bu yazı

7069 dəfə oxunub

Tarix

2014-03-14 17:00:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev