Fariz Məmmədov rinqdən qalib ayrıldı




Azərbaycanı və "Qəbələ” idman klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib.
Almaniyanın Şenberq şəhərində keçirilən reytinq xarakterli döyüşdə boksçumuz rəqibi mərakeşli Samir Boukrara qarşı mübarizə aparıb.
Cəmi iki raund davam edən döyüş F.Məmmədovun parlaq qələbəsi ilə başa çatıb. Boksçumuzdan ikinci raundun əvvəlində ağır zərbə alan S.Boukrara döyüşü davam etdirə bilməyib və nokaut qeydə alınıb.
Qeyd edək ki, F.Məmmədovun növbəti döyüşü revanş xarakterli olacaqdır. Belə ki, boksumuz ötən ilin sonunda Qəbələdə üz-üzə gəldiyi almaniyalı Matias Pelklə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın may və ya iyun ayında keçirilməsi planlaşdırılır.



Bu yazı

7449 dəfə oxunub

Tarix

2014-03-17 16:04:32

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev