“Baku Fires”in rəqibi müəyyənləşdi


Dünya Boks Seriyası (WSB) Liqası yarışlarında mübarizə aparan "Baku Fires” komandasının dörddəbir finalıdakı rəqibi müəyyənləşib.
B qrupunda 4-cü yeri tutan komandamız A qrupunu lider kimi başa vuran İtaliyanın "Dolce Gabbana İtalia Thunder” kollektivi ilə qarşılaşacaq. İtaliya təmsilçisi 26 xal toplayaraq Ukrayna komandasını 1 xal qabaqlayıb. "İtalia Thunder” 2011/2012-ci illər mövsümündə WSB liqasının qalibi olub.
Komanda ötən çempionatda yarımfinala kimi irəliləsə də, "Ukraine Otamans”la mübarizədən məğlub ayrılıb. "Baku Fires” və "İtalia Thunder” 2011/2012-ci illər mövsümündə yarımfinalda üz-üzə gəliblər. Səfərdə 0:5 hesabı ilə uduzan komandamız Bakıda 3:2 hesabı ilə qələbə qazansa da, bu heç nəyi dəyişməyib.
1/4 final mərhələsinin ilk görüşü martın 29-da Azərbaycanda, səfər qarşılaşması isə aprelin 4-də İtaliyada olacaq. Digər görüşlərə gəlincə, "Astana Arlans” Almaniya ilə, "Ukraine Otamans” Rusiya ilə, "USA Knockouts” isə "Cuba Domaderos” kollektivi ilə üz-üzə gələcəklər.


Bu yazı

7839 dəfə oxunub

Tarix

2014-03-18 12:33:56

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev