“Baku Fires” komandası İtaliyaya qalib gəldi




Quba Olimpiya
İ
dman Kompleksində
Dünya Boks Seriyası
(
WSB) Liqasının dörddəbir final mərhələsi çərçivəsində Azərbaycanın "Baku Fireskomandası ilə İtaliyanın "Dolce
Gabbana İtalia
Thunderkollektivi arasında ilk görüş

keçirilib.

Rinqə ilk olaraq Xamza Nametov (49 kq) və Mark Antoni Bariqqa çıxıblar. Bu döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.

Növbəti döyüşdə digər boksçumuz Məhəmməd Qurbanov (56 kq) 2008-ci il Pekin Olimpiadasının finalçısı Xedafi Djelkhirlə
mübarizədən üstün ayrılıb. 64 kq çəkidə isə Heybətulla
Hacəliyev
Renato de Donatos üzərində inamlı qələbə qazanıb.

Boksçumuz Xaybula Musalovla
(75
kq) və 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının bürünc mükafatçısı Boqdan Juratoninin döyüşü xüsusi maraqla qarşılanıb. Bu döyüşdə də "Baku Firestəmsilçisi üstün olub.

Digər idmançımız Abdulqadir Abdullayev (91 kq) son döyüşdə qonaq
komandanın heyətində ən tanınmış boksçu olan Klemente Russo ilə üzzə gəlib. A.Abdullayev ikiqat dünya çempionu, iki dəfə Olimpiya oyunlarının gümüş mükafatını qazanmış italyan boksçuya nokautla qalib
gəlib.

Beləliklə, dörddəbir finalın ilk görüşü 5:0 hesabı ilə Azərbaycan boksçularının xeyrinə başa çatıb. Cavab
qarşılaşması aprelin 5-də İtaliyada keçiriləcək.






Bu yazı

6968 dəfə oxunub

Tarix

2014-03-30 16:00:32

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev