Açıq birincilik başa çatıb




Martın 27-30-da 1998-99-cu illər təvəllüdlü yeniyetmələr arasında "Zenit” idman cəmiyyətinin boks üzrə açıq birinciliyi keçirilib.
"Zenit” İC-in idman zalında təşkil olunan yarışda "Zenit” İC, "Neftçi” İSM, "Zenit” İC-in Sumqayıt filialı, "Təhsil” RİM, "Təhsil” RİM-in Sumqayıt filialı, 1 saylı UGİM, "Sədərək” İK, "Rabitə” İK, "Gilan” boks klubu, 8 saylı UGİM (Bakı) və "Zenit” İC-in Sumqayıt Şəhər Şurasının komandaları iştirak edib. "Zenit” idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən turnirdə 102 idmançı 13 çəki dərəcəsində qüvvəsini sınayıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Elvin Zamanov (46 kq, "Sədərək”), Aqil Qənbərli (48 kq, "Rabitə”), Aqil Süleymanov (50 kq, "Təhsil” RİM), Ədalət Eminov (52 kq, "Gilan”), Kamal Səlimov (54 kq, "Rabitə”), Mahir Mahmudov (57 kq, "Rabitə”), Tural Qasımov (60 kq, "Rabitə”), Cavid Məmmədov (63 kq, "Neftçi” İSM), Kənan İsmayılzadə (66 kq, "Gilan”), Hacı Dilbazov (70 kq, "Zenit” İC), Şahin Musayev (75 kq, "Neftçi” İSM), Məcid İsayev (80 kq, "Zenit” İC) və Əli Həşimli (+80 kq, "Təhsil” RİM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər "Zenit” İC tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, yarışın təşkil olunmasında əsas məqsəd birinciliyin qaliblərini yığma komandanın heyətinə cəlb etmək və idmançıların fiziki hazırlığını təkmilləşdirməkdən ibarət olub.


Bu yazı

47804 dəfə oxunub

Tarix

2014-04-01 15:17:15

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev