Masallı məktəbliləri tir önünə keçiblər



Masallı şəhərindəki Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tir atıcılığı üzrə rayon turniri keçirilir.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 qrup üzrə keçirilən idman yarışmasında rayonun 65 ümumtəhsil məktəbinin komandaları iştirak edirlər.
Artıq 16 komanda yarımfinal oyunlarına vəsiqə qazanıb. Aprelin 15-də keçiriləcək final oyunlarında isə 8 komanda qalib adı uğrunda mübarizə aparacaq.
Qaliblərə diplomlar, medallar və hədiyyələr təqdim ediləcək.


Bu yazı

5174 dəfə oxunub

Tarix

2014-04-15 11:59:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook