Atıcılarımız Avropa çempionatında iştirak edəcəklər




Mayın 1-5-də Fransada atıcılığın sportinq növü üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti Rasim Rzayevin olimpnews.az-a verdiyi xəbərə görə, komandamız çempionatda 10 atıcı ilə təmsil olunacaq. Onlardan ikisi atıcılığa yeni başlayan idmançılardır. Buna baxmayaraq, həmin idmançıların uğurlu nəticələr əldə edəcəyinə inanırıq. Komandamızın heyətində idman ustası və idman ustalığına namizəd olanlar da var. Bu yarışda idmançılarımızdan qələbə gözləyirik ”.
Vitse- prerzident onu da bildirdi ki, ölkəmizin belə yarışlarda iştirak etməsi respublikamızın daha da tanınmasına, idmanın inkişafına xidmət edir. Sportinq idman növü üzrə ilk Avropa çempionatına Kiprdə qatıldıqlarını deyən Rasim müəllim Rusiyada, Macarıstanda , İspaniyada keçirilən çempionatlarda da idmançıların böyük həvəslə iştirak etdiyini bildirdi.

"Ümid edirik ki, sportinq üzrə Avropa çempionatı 2016-cı ildə Azərbaycanda keçiriləcək. Biz namizədliyimizi irəli sürmüşük və müsbət cavab alacağımıza inanırıq. Respublikamızın yüksək sürətlə inkişaf etməsi, idmana göstərilən böyük diqqət, tikilib istifadəyə verilən nəhəng idman arenaları sübut edir ki, Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi üçün hər bir şərait var. 2015-ci ildə I Avropa Oyunlarının məhz paytaxtımızda keçirilməsi bunu deməyə imkan verir ki, bundan sonra da ölkəmiz ən mötəbər yarışlara ev sahibliyi edəcək ”.
Jalə



Bu yazı

4752 dəfə oxunub

Tarix

2014-04-28 16:54:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook