«Araz» İ d m a n K l u b u


Ölkəmizin tanınmış döyüş klublarından olan «Araz» İK-nın idmançıları 2013-cü ildə keçirilən bir sıra yarışlarda uğurlu nəticələr qazanıblar. İdman ocağının yetirmələri 11 ölkədaxili və beynəlxalq səviyyəli yarışda qüvvələrini sınayıblar. «Araz»İK-nın karateçiləri ötənilki yarışlarda 126 medal qazanıblar ki, bunların 61-i qızıl, 43-ü gümüş, 22-si bürünc medaldır. Klubun direktoru Siyavuş Bayramov 2013-cü ilin yekununa əsasən «Olimpə doğru» jurnalının ilin ən yaxşıları ilə bağlı keçirdiyi rəy sorğusunda «İlin ən yaxşı klub rəhbəri» nominasiyasının qalibi olub. Klubun idmançılarından Peyman Gülməmmədov «İlin ən yaxşı perspektivli idmançısı», Elşən Nağıyev isə «Nümunəvi çıxışlarda fərqlənən ən yaxşı idmançı» nominasiyasında qalib olub. Qeyd edək ki, hazırda klubun paytaxt və regionlarda fəaliyyət göstərən bölmələrində 150 idmançı döyüş növlərinin sirlərinə yiyələnir. İdman ocağının yetirmələrinin əsas məqsədi builki yarışlarda da yüksək uğurlar qazanmaqdır.





Bu yazı

4839 dəfə oxunub

Tarix

2014-04-30 15:59:36

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook