KİV nümayəndələri atıcılıq turnirində iştirak etdilər



Mayın 3-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında I atıcılıq turniri keçirildi.

Turnirdə qalib adı uğrunda 19 komanda iştirak etddi. İştirakçılar hər birində 3 nəfər olmaqla komandalar ilk mərhələdə püşkatma nəticəsində müəyyən edilmiş 6 qrupda mübarizə apardılar. Hər qrupda ən yaxşı nəticə göstərən komandalar mübarizəni yarışı ikinci mərhələdə davam etdirdilər.
Qeyd edək ki, redaksiyamız bu turnirdə iki komanda - «Olimpiya dünyası» və «Olimpə doğru» təmsil elunurdu.
Hər iki mərhələdə yüksək nəticələr göstərən «Trend» Beynəlxalq İnformasiya Agentliyinin komandası birinci yerə layiq görüldü. Yarışda ikinci yeri "interpress.az" informasiya saytı, 3-cü yeri isə "Kaspi" qəzetinin komandası tutdu.
Qaliblərə kubok, medal, sertifikat və xatirə hədiyyələri təqdim edildi.
Mükafatları qaliblərə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin I müavini, polkovnik Zaur Abdullayev təqdim etdi.













Anar Əhmədov









Bu yazı

46157 dəfə oxunub

Tarix

2014-05-05 13:50:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook