“Yarışa maraq olduqca böyükdür”


İyulun 18-dən 23-dək İtaliyanın Milan şəhərində kunq-fu-sanda üzrə dünya çempionatı keçiriləcək. Bu yarışda ölkəmiz də təmsil olunacaq. Baş məşqçi Babək Hüseynovun rəhbərilyi altında yığma komandamız qızıl medallar uğrunda mübarizə aparacaq. Hazırda komanda təlim-məşq toplanışlarını davam etdirir. Məlumat üçün bildirək ki, 70 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini Rafiq Xudayev qoruyacaq. Yarışdan əvvəl fikirlərini bizimlə bölüşən Rafiq çempionatda qalib gəlmək üçün məşqlərin ardıcıl keçdiyini bildirdi. O, əsas məqsədlərinin yalnız çempionatda layiqincə çıxış etmək olduğunu vurğuladı. "Müəyyən müddətdir ki, biz yığma komanda ilə məşqlərə başlamışıq. Hazırlıqlarımızı davam etdiririk. Qeyd etmək istəyirəm ki, bu yarışa maraq olduqca böyükdür. Dünyanın hər bir ölkəsindən bu yarışda güclü idmançılar iştirak edəcək. Bizdə qalib gəlmək üçün əlimizdən gələni əsirgəmirik. Yarışa çox ciddi hazırlaşırıq”. İdmançıların qələbə qazanmasında əsas rol oynayan amillərdən biri də psixoloji hazırlıqdır. Psixoloji cəhətdən hazırlıqlı olmayan atletin nailiyyətlər qazanması, eləcə də gələcəkdə davamlı qələbələrə yol açması mümkün deyil. Bu barədə danışan Rafiq psixoloji cəhətdən də yarışa hazırlaşdığını dedi. "Psixoloji cəhətdən sağlam olan idmançı hər zaman qələbə qazanmağa qadirdir. Ümumilikdə, psixoloji vəziyyətim yaxşıdır. Məşqçilər də bu baxımdan mənə böyük dəstək olurlar”, - deyə o əlavə etdi.
Məlumat üçün bilidrək ki, yığma komandanın tam tərkibi hələ müəyyənləşməyib.



Bu yazı

17285 dəfə oxunub

Tarix

2014-05-13 15:18:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook