Pirallahıda sambo turniri təşkil olunub


Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart-Bədən tərbiyəsi və İdman Günü münasibətilə Pirallahı İdman Mərkəzində sambo güləşi üzrə 1997, 1999, 2000, 2002-ci illər təvəllüdlü yeniyetmələr arasında Xəzər rayonunun açıq turniri keçirilib. Turnirin açılış mərasimində Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 16 saylı uşaq gənclər və idman məktəbinin direktoru Mərdan Quliye, Pirallahı İdman Mərkəzinin direktoru Faiq Salayev iştirak ediblər. 150 idmançının iştirak etdiyi yarış 2 yaş qrupunda 11 çəki üzrə keçirilib. Fərqlənən idmançıldar diplom,medal və hədiyyələr verilib.


Bu yazı

10846 dəfə oxunub

Tarix

2013-03-05 16:10:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook