8 idmançımız Çexiyada yarışıb


Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə dünya kuboku yarışlarının ikinci mərhələsi keçirilib.
Nüfuzlu yarışda Azərbaycanı 8 idmançı təmsil edib. İdmançılarımızın altısı kanoe, ikisi isə kayak üzrə mübarizə aparıb. Kanoeçilərimizdən birnəfərlik qayıqla 1000 metr məsafəyə yarışda Mikola Matviyçuk finaladək irəliləməyi bacarıb. O, həlledici yarışda finişə 4 dəqiqə 5,465 saniyəyə çataraq 5-ci yeri tutub. Bu məsafədəki digər təmsilçimiz Sergey Bezuqlı yarımfinalda 4 dəqiqə 38,953 saniyə nəticə ilə 9-cu yeri tutaraq mübarizəni dayandırıb.
Aleksey Kupin - Taras Matviyzuk dueti isə ikinəfərlik qayıqla 1000 metr məsafəyə yarışda finaladək irəliləməyi bacarıb. Həlledici yarışda onlar finişə 3 dəqiqə 50,260 saniyəyə çataraq 9-cu olub.
Kupin - Matviyzuk dueti, həm də ikinəfərlik qayıqla 500 metr məsafəyə yarışda finaladək irəliləyib. Onlar bu məsafəni 1 dəqiqə 45 saniyəyə qət edərək 8-ci yerlə kifayətləniblər. Birnəfərlik qayıqda yer alan təmsilçilərimizdən Anatoli Melnik yarımfinalda 1 dəqiqə 56,316 saniyə nəticə ilə 5-ci, Mikita Sablin 2 dəqiqə 5,771 saniyə nəticə ilə 8-ci yeri tutublar. Bu nəticələrlə Melnik B finalgnda da mübarizə aparsa da, 1 dəqiqə 55,351 saniyə nəticə ilə ümumi sıralamada 15-ci olub. Sablin isə mübarizəni yarımfinalda dayandırıb. Bu məsafədə kayakçılarımızdan Aleksandr Piçuin birnəfərlik qayıqla yarımfinal yarışında 1 dəqiqə 50 saniyə nəticə göstərərək 6-cı yeri tutub. Daha sonra o, C finalında 1 dəqiqə 48,196 saniyə nəticə ilə ümumi sıralamada 26-cı olub.
A.Piçuginin Tamerlan Mustafayevlə dueti isə ikinəfərlik qayıqla yarımfinaladək irəliləsə də, 1 dəqiqə 43,774 saniyə nəticə ilə 6-cı yeri tutaraq mübarizəni dayandırıb. T.Mustafayev birnəfərlik qayıqla 200 metr məsafəyə görüşlərə də qatılıb. O, yarımfinalda 37,976 saniyə nəticə ilə 7-ci yeri tutaraq mübarizəni dayandırıb.
Kanoeçilərimizə gəldikdə, Sergey Bezuqlı birnəfərlik qayıqla 200 metr məsafəyə yarımfinal yarışında 40,716 saniyə nəticə ilə 3-cğ yeri tutaraq və finala yüksəlib. Lakin Bezuqlı həlledici yarışa qatılmayıb.
Beş min metr məsafəyə kanoeçilərimizdən Mikola Matviyçuk birnəfərlik qayıqla finişə 25 dəqiqə 16,50 saniyəyə çataraq 18-ci yerə layiq görülüb.


Bu yazı

6987 dəfə oxunub

Tarix

2014-05-27 10:38:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev