Akademik avarçəkənlərimiz gümüş medala sahib oldular



Serbiyanın paytaxtı Belqradda akademik avarçəkmə üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan milli komandası yarışı bir gümüş medalla başa vurub. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti final yürüşündə məsafənin 1500 metrlik bölümündə hamıdan öndə olsalar da, sonda 6 dəqiqə 9,36 saniyə nəticə ilə II yeri tutublar. Beləliklə, 24 yaşlı Aleksandr Aleksandrov və 18 yaşlı olan Boris Yotovdan ibarət duetimiz ilk dəfə Avropa çempionatında fəxri kürsüyə çıxmağa nail olublar.
Qızıl medala 6 dəqiqə 8,82 saniyə nəticə ilə Rolandas Maskinskas - Saulius Ritter (Litva), bürünc medala isə 6 dəqiqə 10,09 saniyə göstəriciyə malik Hans Qruhne - Stefan Krüger (Almaniya) dueti sahib olub.
Azərbaycan ümumi komanda hesabında medal qazanan 19 ölkə arasında 17-ci sırada qərarlaşıb.




Bu yazı

7494 dəfə oxunub

Tarix

2014-06-04 11:50:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev