Akademik avarçəkənlərimiz Fransada yarışacaqlar




Olimpnews.az saytı Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə əsasən xəbər verir ki,
iyunun 20-də Fransanın Eqvebelett gölündə akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürüb. Bu yarışda Azərbaycanı 5 idmançı təmsil edəcək.
Son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrov -Boris Yotova dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərdə iştirak edəcək. Azərbaycan cütlüyü reqatada 21 rəqiblə yarışacaq.
2 nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç - Luka Dordeviç cütlüyü qüvvəsini sınayacaq. Onların ümumilikdə 12 rəqibi olacaq.
Digər təmsilçimiz Cavid Əfəndiyev isə 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Cavid ümumilikdə 19 avarçəkənlə mübarizə aparacaq.

Dünya Kubokunun II mərhələsinə iyunun 22-də yekun vurulacaq.



Bu yazı

6933 dəfə oxunub

Tarix

2014-06-20 18:02:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev