Dünya və Olimpiya çempionu Azərbaycan millisində



Kayak üzrə dünya və Olimpiya çempionu İnna Osipenko-Padomskaya Azərbaycan milli komandasının heyətinə cəlb olunub.
Olimpnews.az saytı Azərbaycan Milli Avarçəkmə Federasiyasına əsasən xəbər verir ki, 31 yaşlı idmançı həyat yoldaşı və şəxsi məşqçisi Dmitri Osipenko-Radomskinin rəhbərliyi altında məşq edəcək. Məşhur kayakçının millimizə keçidi ilə bağlı bütün məsələlər artıq öz həllini tapıb.
Qeyd edək ki, İnna Osipenko-Radomskaya 20 sentyabr 1982-ci ildə Ukraynanın Xerson vilayətində anadan olub. Təcrübəli kayakçı Ukrayna yığmasının heyətində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. O, həmçinin 2012-ci il London olimpiadasında 200 metr və 500 metr məsafələrə yürüşlərdə gümüş, 2004-cü il Afina olimpiadasında 4 nəfərlik qayıqla (K-4) 500 metr məsafəyə yürüşdə bürünc medala yiyələnib. Osipenko-Radomskayanın aktivində 2011-ci il Avropa çempionatında 1 nəfərlik qayıqla 500 metr, 2003-cü il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla 200 metr məsafələrə yürüşlərdə gümüş, 2001-ci il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2011-ci il dünya çempionatında isə 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərdə bürünc medal var.



Bu yazı

6435 dəfə oxunub

Tarix

2014-07-09 14:10:04

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev