İmran Cəfərov üzgüçülüklə məşğul olacaq



Dörd yaşlı İmran Cəfərov valideynləri ilə birlikdə Milli Paralimpiya Komitəsinə dəvət olunub. Ailəyə İmranın Uşaq Paralimpiya Komitəsində yaradılmış üzgüçülük idman növünə cəlb olunması təklif olunub və bu idman növü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, İmranın reabilitasiya keçməsinə, cəmiyyətə inteqrasiya olunmasına komitə tərəfindən hər çür şərait yaradılacaq. Onun növbəti həftədən məşqlərə başlaması planlaşdırılır. Məşqlər ilk dövrlərdə psixoloq və valideynlərin iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, İmran Cəfərov 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzlərinin birində ayaqlarından zədə alıb. Ölkə rəhbərliyinin göstərişi ilə Almaniyada müalicə alan uşaq indi özünü yaxşı hiss edir.




Bu yazı

6723 dəfə oxunub

Tarix

2014-07-22 15:20:24

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev