Qrossmeysterimiz Yunanıstanda yarışır


Yunanıstanın Paleoxora şəhərində şahmat üzrə 6-cı beynəlxalq open-turnir keçirilir. Turnirdə 200 şahmatçı, o cümlədən azərbaycanlı Azər Mirzəyev də daxil olmaqla 18 qrossmeyster iştirak edir. 6 turdan sonra hərəyə 5,5 xal toplamış Azər Mirzəyev, hindistanlı Abhicit Qupta və bolqarıstanlı Aleksandr Delçev liderlik edirlər. 8 oyunçu liderlərdən yarım xal geri qalır.
7-ci turda Azərbaycan qrossmeysterinin rəqibi, hazırda aktivində 5.5 xal olan italiyalı Alberto David olacaq.
İsveçrə sistemi üzrə keçirilən bu beynəlxalq turnir 9 turdan ibarətdir.


Bu yazı

4961 dəfə oxunub

Tarix

2014-08-01 14:51:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev