Komandalarımız Dünya Şahmat Olimpiadasında uğurla çıxış edirlər




Avqustun 2-də Norveçin Tromsö şəhərində Dünya Şahmat Olimpiadası start götürüb. Olimpiadada ümumilikdə 317 komanda, o cümlədən Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları da iştirak edir.
Aleksandr Xalifmanın kapitanı olduğu kişi şahmatçılardan ibarət yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov yer alıblar. Fikrət Sideyifzadənin kapitanı olduğu qadınlardan ibarət yığmada isə Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova mübarizə aparırlar. Azərbaycan olimpiadada 10 hakimlə də təmsil olunur.
Artıq yarışda 2 turun nətiəcələri məlumdur. Olimpiadaya böyük iddialarla yollanan Azərbaycan milliləri görüşlərini qələbə ilə başa vurublar. Belə ki, Aleksandr Xalifmanın rəhbərlik etdiyi kişilərdən ibarət komandamız olimpiadaya İPCA yığması (fiziki cəhətdən əlil olan şahmatçıların beynəlxalq assosiasiyasının komandası) ilə oyunla start verib. Zəka sahiblərimiz rəqiblərinə heç bir şans verməyərək, 4:0 hesablı qələbə qazanıblar.

Növbəti turda yığmamızın rəqibi Şotlandiya millisi olub. Bu görüşdə komandamızın heyətində yalnız Şəhriyar Məmmədyarov rəqibə xal verib. İlk turda istirahət edən qrossmeysterimiz rəqibi ilə sülh bağlayıb. Digər matçlarda təmsilçilərimiz qələbəni əldən verməyiblər - 3,5:0,5.
Qadınlardan ibarət yığmamız isə ilk turda irlandiyalı həmkarları ilə üz-üzə gəliblər. Bu görüşdə komandamız qələbəni əldən verməyib -4:0. İkinci turda Fikrət Sideyfzadənin kapitanı olduğu komanda Salvador şahmatçıları ilə qarşılaşıb və yenə də 4:0 hesablı qələbəyə sevinib.
Növbəti turda kişilərdən ibarət komandamız Xorvatiya şahmatçıları ilə görüşəcək. Qadın şahmatçılarımız isə İsveçrə millisini sınağa çəkəcək.
Xatırladaq ki, olimpiada çərçivəsində avqustun 12-də Tromsödə "Azərbaycan günü” keçiriləcək. Mərasimdə olimpiadanın bayrağı 2016-cı ildə bu mötəbər yarışa ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunacaq. Tədbirdə Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının nümayəndələri iştirak edəcəklər.
Dünya Şahmat Olimpiadası avqustun 15-də başa çatacaq.

Kişilər
Azərbaycan - İPCA - 4:0

Teymur Rəcəbov (2724) - Andrey Obodçuk (2372) - 1:0
Rauf Məmmədov (2659) - İqor Yarmolov (2329) - 1:0
Eltac Səfərli (2649) - Ruben Bernardi (2114) - 1:0
Qədir Hüseynov (2613) - Yevgeni Vodyasov (2226) - 1:0
Şotlandiya - Azərbaycan - 0,5:3,5

Kolin Maknab (2441) - Şəhriyar Məmmədyarov (2743) - 0,5:0,5
Endrya Qrit (2431) - Rauf Məmmədov (2659) - 0:1
Con Şou (2419) - Eltac Səfərli (2649) - 0:1
Alan Tat (2347) - Qədir Hüseynov (2613) - 0:1
2 turdan sonrakı vəziyyət:

1. Fransa, 2. Hollandiya, 3. Almaniya (əlavə göstəricilər - hamısı 8), ...11. Azərbaycan (7,5) - hamısı 4 xal
Qadınlar
Azərbaycan - İrlandiya - 4:0

Zeynəb Məmmədyarova (2229) - Purnima Menon (1935) - 1:0
Gülnar Məmmədova (2334) - Diana Mirza (1734) - 1:0
Türkan Məmmədyarova (2274) - Ceraldin Lauleys (1830) - 1:0
Səbinə İbrahimova (2263) - Karina Kruk (1795) - 1:0
Salvador - Azərbaycan - 0:4

Lorena Zepeda (2158) - Zeynəb Məmmədyarova (2229) - 0:1
İnqrid Sançes (2020) - Gülnar Məmmədova (2334) - 0:1
Qabriela Avelar (1903) - Xəyalə Abdulla (2286) - 0:1
Qabriela Melendes (1877) - Türkan Məmmədyarova (2274) - 0:1
2 turdan sonra turnir cədvəli:

1. Çin, 2. Rusiya, 3. Ermənistan, 4. Macarıstan, 5. İran, 6. Azərbaycan (əlavə göstəricilər - hamısı 8) - hamısı 4 xal





Bu yazı

7397 dəfə oxunub

Tarix

2014-08-05 11:32:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev