Qrossmeysterimiz avqust ayında mövqeyini qorudu



Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Avqust ayı üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıblar.
Belə ki, qrossmeysterlərimizdən ən yaxşı nəticə yenə də Şəhriyar Məmmədyarova məxsusdur. Hazırda 18-ci pillədə qərarlaşan həmyerlimiz 2743 xalla cədvəldəki yerini qoruyub.
Məmmədyarovdan fərqli, Teymur Rəcəbov bir rəqibini qabaqlayaraq, 27-ci yerə yüksəlib. Təmsilçimizin 2724 xal var.
İyul ayı üçün açıqlanan siyahıda 88-ci olan Rauf Məmmədov (2659) 91-ci pilləyə enib.
100 ən güclü qadın şahmatçının yer aldığı reytinq cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.
Qeyd edək ki, reytinq cədvəlinin ilk "üçlüyü”ndə dəyişiklik baş verib. Norveçli Maqnus Karlsenin 2877 xalla başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2805) da mövqeyini qoruduğu halda, Aleksandr Qrişuk (Rusiya, 2795) 3-cü pilləni əldən verib. Onu Fabiano Karauna (İtaliya, 2801) qabaqlayıb.



Bu yazı

5658 dəfə oxunub

Tarix

2014-08-05 10:48:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev